16:00 29-01-2015
news_image
3309
TOP OYUNLARI

Azərbaycan çempionunun bəxtinə tanış rəqib düşdü - YENİLƏNİB

Bu gün Lüksemburqda qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, mərasimdə Azərbaycan çempionu “Rabitə” də rəqibini tanıyıb.

 

Çempionlar Liqasında 4-cü olmaqla, mübarizəni CEV kubokunda davam etdirəcək Bakı təmsilçisi “Çelenc raund”da ötən il Çempionlar Liqasında 2 dəfə məğlub etdiyi Fransanın “Beziers” klubu ilə üz-üzə gələcək. Komandamız bunu keçəcəyi halda, daha güclü rəqiblə qarşılaşacaq.

 

Çox güman ki, yarımfinalda “Rabitə” Bakı “Lokomotiv”ini mübarizədən kənarlaşdıran Krasnodar “Dinamo”su ilə gücünü yoxlamalı olacaq. Çünki onların “Nant”a uduzması inandırıcı deyil.

 

Digər 2 cütdə isə “Omiçka”nın finala kimi irəliləyəcəyini proqnozlaşdırmaq olar. Çünki set fərqinə görə, Çempionlar Liqasını ilə vidalaşan Omsk təmsilçisi digər rəqibləri ilə müqayisədə daha güclüdü. “Rabitə” finala çıxacağı halda isə ikinci həlledici görüşə səfərdə çıxacaq.

 

“Çelenc raund”, 3-5 mart – 10-12 mart

 

1. “Dinamo” (Rusiya, Krasnodar) - “Nant” (Fransa)

2. “Beziers” (Fransa) - “Rabitə” (Azərbaycan)

3. “Omiçka” (Rusiya) - “Qalatasaray” (Türkiyə)

4. “Ştiinta” (Rumıniya) - “Atom” (Polşa)

 

Yarımfinallar, 24 mart – 28 mart

 

5. 1-ci cütün qalibi – 2-ci cütün qalibi

6. 4-cü cütün qalibi - 3-cü cütün qalibi

 

Finallar, 7 aprel – 11 aprel

 

5-ci cütün qalibi - 6-cı cütün qalibi

6-cı cütün qalibi - 5-ci cütün qalibi