13:11 29-01-2015
news_image
381
TOP OYUNLARI

“Yolkəsən” milli oyunçusu - STATİSTİKA

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər klub turnirində “Rabitə” və “Azəryol”la təmsil olunan Azərbaycan klublarının heyətində ən yaxşı göstərici Kseniya Poznyaka məxsusdu.

 

“Yolçəkənlər”in şərəfini qoruyan yığmamızın üzvü blokçular arasında ilk “üçlüyü” qapayır. 29 yaşlı təcrübəli oyunçu 6 görüşün 21 setində 23 dəfə keçilməz olub.

 

“Rabitə”nin universal voleybolçusu Katarjina Skovronska isə bombardirlərin siyahısında 5-cidi. “Azəryol”dan fərqli, Azərbaycan çempionu Çempionlar Liqası ilə vidalaşdığından polşalı ulduz irəliləmək şansını itirib.


İlk “onluq”da, həmçinin “Azəryol”da möhtəşəm oyunu ilə fərqlənən Yelena Nikoliç də yer alıb. Serbiyalı legioner eysləri ilə komandasına 10 xal qazandırmaqla, ümumi siyahıda 6-cıdı.  


Ən çox xal toplayan

 

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Natalya Obmoçayeva

Dinamo (Rusiya, Moskva)

6

25

138

2. Liannes Kastaneda

Agel (Çexiya)

6

24

120

3. Yekaterina Qamova

Dinamo (Rusiya, Kazan)

6

24

119

...5. Katarjina Skovronska

Rabitə (Azərbaycan)

6

25

113

...11. Yovana Brakoçeviç

Azəryol (Azərbaycan)

6

21

89



Ən yaxşı blokçular

 

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Yelana Yureva

Dinamo (Rusiya, Kazan)

6

24

32

2. Maya Polyak

Əczaçıbaşı (Türkiyə)

6

21

31

3. Kseniya Poznyak

Azəryol (Azərbaycan)

6

21

23

...14. Tori Dikson

Rabitə (Azərbaycan)

6

25

16



Ən yaxşı top qəbul edənlər

 

Klubu

Oyun sayı

Set sayı

Düzgün qəbul (faizlə)

1. Françeska Markon

Yamamay (İtaliya)

5

17

60,69

2. Ekaterina Lazoviç

Partizan (Serbiya)

5

12

39,73

3. Yana Şerban

Dinamo (Rusiya, Moskva)

4

13

38,36



Topu oyuna ən yaxşı daxil edənlər

 

Klubu

Oyun sayı

Set sayı

Topladığı xal

1. Yeon-Kounq Kim

Fənərbaxça (Türkiyə)

4

13

16

2. Anna Verblinska

Ximik (Polşa)

6

25

12

3. Aqniejka Bednarek- Kaja

Ximik (Polşa)

6

25

12

...6. Yelena Nikoliç

Azəryol (Azərbaycan)

6

21

10

...13. Katarjina Skovronska

Rabitə (Azərbaycan)

6

25

9



Ən yaxşı toppaylayıcılar

 

Klubu

Oyun sayı

Set sayı

Əla ötürmə (faizlə)

1. Polen Uslupehlivan

Fənərbaxça (Türkiyə)

4

8

53,85

2. Vera Vetrova

Dinamo (Rusiya, Moskva)

5

15

47,06

3. Çağla Akın

Vakıfbank (Türkiyə)

4

6

43,75

...12. Nutsara Tomkom

Rabitə (Azərbaycan)

6

16

38,79

…20. Lora Kitipova

Azəryol (Azərbaycan)

6

19

31,21