14:53 29-01-2015
news_image
508
TOP OYUNLARI

“Rabitə”nin yolunu kəsdi, pley-offlardan azad oldu

Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nın ev sahibi bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün Lüksemburqda keçirilən toplantıda həlledici oyunlar Polşa klubuna həvalə edilib.

 

“Rabitə” ilə A qrupunda yer alan, hətta Bakı təmsilçisini son turda məğlub etməklə, mərhələ adlamasına mane olan “Ximik” “Dördlər finalı”nın ev sahibi olacaq. Bunun üçün qrup mərhələsini lider kimi baş vuran yarışın debütantı pley-off mərhələlərindən azad olub və yarımfinalda rəqibini gözləyir. Matçlar “Ximik”in təmsil etdiyi Şetsin şəhərində keçiriləcək.

 

Yarımfinal oyunları aprelin 4-də, final və üçüncü yer uğrunda matçlar isə 1 gün sonra təşkil olunacaq.

 

Çempionlar Liqasında Azərbaycan klublarında “Azəryol” mübarizəni davam etdirir.

 

Qeyd edək ki, 2013/2014 mövsümündə “Dördlər finalı” Bakıda keçirilmişdi və “Rabitə”nin ev sahibliyi etdiyi həlledici mərhələdə Kazan “Dinamo”su çempion adına layiq görülmüşdü. Bu dəfə mərhələ adlaya bilməyən “rabitəçilər” isə bürünc medalla kifayətlənmişdi.