13:00 30-01-2015
news_image
775
DİGƏR NÖVLƏR

Azərbaycanda klub prezidenti öldü

Yanvarın 29-da Xırdalan şəhərində yerləşən idman zalında faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, şəhər sakini Zabit Babayev işlədiyi idman zalında infarktdan ölüb. Faktla bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, Z.Babayev “Sakura” Karate-Do klubunun prezidentidir. O, həm də ictimai fəaliyyəti ilə tanınıb.