17:12 31-01-2015
news_image
1095
TOP OYUNLARI

"Lokomotiv" asan qələbə ilə ikinci pilləyə yüksəldi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında XII turun oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün və turun yeganə görüşündə avrokubokla vidalaşanlar - “Azərreyl”lə “Lokomotiv” bir-birini sınağa çəkiblər.

 

Voleybol Mərkəzində baş tutan qarşılaşmada Teun Buijsin yetirmələri rəqibini məğlub etməkdə çətinlik çəkməyiblər. “Lokomotiv” ilk 2 dövrədə olduğu kimi yenə asan qələbəyə sevinib.

 

Belə ki, ilk seti 17 top irəlidə bitirən “dəmiryolçular” ikinci hissəni 25:17 hesabı ilə aktivinə yazıblar. Üçüncü set isə sonuncu olub. Bu dəfə “Azərreyl”i 5 top fərqi ilə məğlub edən “Lokomotiv” növbəti 3 xalını qazanıb.

 

Bu qələbə Teun Buijsin komandasının ikinci pilləyə yüksəlməsi ilə nəticələnib. “Azəryol”dan 1 oyun çox keçirən “Lokomotiv” xallarının sayını 20-yə çatdırıb.  

 

Qeyd edək ki, “Azəryol”un istirahət edəcəyi turda sabah baş tutmalı olan "Telekom" - "Rabitə" oyunu təxirə salınıb.

 

31 yanvar

XII tur

“Azərreyl” - “Lokomotiv” - 0:3 (8:25; 17:25; 20:25)

Voleybol Mərkəzi

I dövrə: “Azərreyl” - “Lokomotiv” - 1:3 (22:25; 21:25; 25:22; 22:25)

II dövrə: “Lokomotiv” - “Azərreyl” - 3:0 (25:19, 25:16, 25:16)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

9

7

2

5

1

1

1

1

0

24-9

782-650

21

3.

Lokomotiv

9

7

2

3

2

2

1

1

0

24-12

862-691

20

2.

Azəryol

8

6

2

3

2

1

2

0

0

22-10

736-665

19

4.

Telekom

8

1

7

0

0

1

1

2

4

7-23

598-709

3

5.

Azərreyl

10

1

9

0

0

1

1

1

7

6-29

657-830

3