09:23 02-02-2015
news_image
195
DİGƏR NÖVLƏR

Velosipedçimiz Fransada çempion oldu - FOTO

Fransada velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı "Fenioux Piste International" turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü yığma komandamız üçün uğurlu alınıb.

 

Keyrin növündə çıxış edən yığma komandamızın lideri Olqa İsmayılova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Nicat Niftəliyev isə həm omniumda, həm də sprintdə 9-cu nəticə göstərib.