16:23 02-02-2015
news_image
324
DİGƏR NÖVLƏR

Fransada ikinci qızıl medal - FOTO

Fransada velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı "Fenioux Piste International" turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın 2-ci günü yığma komandamız növbəti qızıl medalını əldə edib.

 

İlk yarış günü keyrin növündə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxan yığma komandamızın lideri Olqa İsmayılova 200 metr məsafəyə sprint yürüşündə də bütün rəqiblərini arxada qoyub. Bununla da velosipedçimiz "Fenioux Piste International" turnirində 2-ci qızıl medala yiyələnib.

 

Digər idmançımız Nicat Niftəliyev isə həm omniumda, həm də sprintdə 9-cu nəticə göstərib.