16:03 03-02-2015
news_image
1096
TOP OYUNLARI

Voleybolla vidalaşdı: Seksdən xoşum gəlir - FOTOSESSİYA

İspaniyanın Superliqasının “Haro” klubunun voleybolçusu Sara Sarmento idmandan getmək istədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 27 idmançı  bu addımını təhsil almaq istəyilə əlaqələndirib.

 

Əslində, Saranın istəyində qeyri-adi bir şey olmasa da, ixtisas seçimi onu bir anda məşhurlaşdırıb.

 

Belə ki, cəlbedici voleybolçu İspaniya paytaxtına köçüb, Madrid Universitetinin seksologiya fakültəsinin magistraturasında biliyini zənginləşdirmək niyyətindədi. Onun məqsədi seks elmində dərəcə almaqdı: “Mən hələ “Erasmus”da oxuduğum müddətdə bu sahədə təhsil almışam. Həmin vaxt müəllim həqiqətən də yaxşı pedaqoq idi. Onunla çalışmaq həzz verirdi. Lakin dünyasını dəyişdi və istəyimi sona çatdıra bilmədim. Buna baxmayaraq, məqsədimə çatmaq üçün axıra kimi gedəcəyəm”.

 

11 yaşından voleybolla məşğul olan Sara vaxtı ilə İspaniyanın U-15 millisində çıxış etsə də, artıq onun üçün seks idmandan daha maraqlıdı. Karyerası ərzində bir çox klublarda, o cümlədən “Barselona”da forma geyinən oyunçu intim münasibətlərin psixologiyasını çox vacib elmlərdən biri sayır: “Komanda yoldaşlarım və ətrafdakılar qərarımı təəccüblə qarşıladılar. Lakin mənim bu sahədən, seksdən xoşum gəlir və şadam ki, elmə ehtirasımı hərtərəfli inkişaf etdirəcəyəm”.