11:00 04-02-2015
news_image
376
TOP OYUNLARI

Zoran Qayiç: “Rabitə”yə kömək etmək üçün gəlmişəm

“Rabitə”nin yeni baş məşqçisi Zoran Qayiç təyinatına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 57 yaşlı Olimpiya çempionu ikinci dəfə Bakı təmsilçisinin “sükanı arxası”na keçməyindən məmnunluq hissi duyduğunu deyib.

 

Onun sözlərinə görə, əsas məqsədi son illərin dəyişməz Azərbaycan çempionunun iştirak etdiyi yarışlarda yüksək pillələrdəki yerini qorumaqdı: “Artıq komanda ilə danışıqlarım yekunlaşıb. Mən “Rabitə”yə kömək etmək üçün gəlmişəm. Komandanın prezidenti Cəlil Cəfərovla bu barədə söhbətimiz olub. Əsas məqsədimiz iştirak edəcəyimiz yarışlarda özümüzü yaxşı tərəfdən göstərməkdi”.

 

Qeyd edək ki, XII turdan sonra Super Liqada lider olan “Rabitə” avrokubokda mübarizəni CEV kubokunda davam etdirəcək.