14:21 04-02-2015
news_image
361
TOP OYUNLARI

Polina Rəhimova lideri izləyir

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova “Hyundai”nin heyətində Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçumuzun komandası “Huenqkuk” klubunu qəbul edib.

 

Seul təmsilçisi bu gün baş tutan qarşılaşmada qələbə qazanmaqda çətinlik çəkməyib. “Hyundai” az öncə səfərdə 1:3 hesabı ilə uduzduğu rəqibə quru hesabla qalib gəlib – 3:0 (29:27; 25:21; 25:22).

 

Rəhimova komandasına 34 xal qazandırıb.

 

Bu qələbə “Hyundai”nin ikinci pillədə qalması ilə nəticələnib. Aktivindəki xalı 43-ə çatdıran komanda lider EX-dən yalnız şəxsi görüşdə geri qalır.