11:08 05-02-2015
news_image
3348
TOP OYUNLARI

Azərbaycanda bəyənilmədi

“Rabitə” italiyalı voleybolçu Françeska Ferretti ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına məlumatı klubdan veriblər.

 

Belə ki, 31 yaşlı toppaylayıcı ilə mövsümün sonuna kimi olan müqaviləyə vaxtından əvvəl qarşılıqlı şəkildə xitam verilib. Bunda əsas məqsəd Ferrettinin özünü doğrultmaması olub.

 

Həmçinin, İtaliya mətbuatı Katarjina Skovronska və digər oyunçuların da komandadan ayrıla biləcəyi ehtimalını yazsa da, klubdan bunu təkzib ediblər. Bildirilib ki, Ferretti istisna olmaqla, digər oyunçular müqavilələrinin sonuna kimi “Rabitə”nin uğurları üçün çalışacaqlar.

 

Qeyd edək ki, Çempionlar Liqasında həmişə qrup qalibi kimi mərhələ adlayan “Rabitə” bu il ilk dəfə pley-offa yüksələ bilməyib və mübarizəni CEV kubokunda davam etdirəcək. Bu səbəbdən baş məşqçi Dejan Brdjoviç də Zoran Qayiçlə əvəzlənib.