15:40 06-02-2015
news_image
346
DİGƏR NÖVLƏR

Azərbaycanda peyntbol çempionatı keçiriləcək

Azərbaycanda gənclər təşkilatları arasında peyntbol idman növü üzrə çempionat keçirəcək. Peyntbol Federasiyasından apasport.az-a verilən məlumata görə, çempionatda Azərbaycanda fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatları iştirak edə bilərlər.

Çempionatın keçirilməsində əsas məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, onların fiziki hazırlıqlarının inkişafına dəstəkdi. Eyni zamanda gənclər peyntbol idman növü vasitəsi ilə asudə vaxtlarını səmərəli istifadə etməklə həmyaşıdlarına vətənpərvərlik sahəsində örnək nümayiş etdirəcəklər.

Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmış gənclər təşkilatları 15 fevral 2015-ci ilədək rəsmi qaydada komandalarını qeydiyyatdan keçirməlidi. Qeydiyyat proseduru bitdikdən sonra komandalar arasında keçiriləcək püşkatma prosesində komandaların rəqibləri müəyyən ediləcək. Layihə Gənclər Təşkilatlarının Milli Şurası, Gənclər üçün Təhsil Mərkəzi və İrəli İctimai Birliyi ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək.  

Hər həftə davam edən yarışların yarımfinal qalibləri may ayında ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçiriləcək final mərhələsi ilə başa çatacaq. Qalib komanda üzvlərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.