16:24 06-02-2015
news_image

Avropa çempionumuz növbəti mərhələdə - FOTO

Macarıstanın Debretsen şəhərində boks üzrə İstvan Boşkai beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə milli komandamızın 6 üzvü rinqə çıxıb.

 

52 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Məsud Yusifzadə ilk görüşdə Macarıstan boksçusu Patrik Horvatı məğlub edib – 3:0.

 

Avropa çempionu Salman Əlizadə də (49 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz qazaxıstanlı Kunaiş Sabiri mübarizədən kənarlaşdırıb – 3:0.

 

Rauf Rəhimov isə (81 kq) Debretsen turnirində ikinci döyüşündə məğlub olub. Milli komandamızın üzvü yerli idmançı Norbert Harksa uduzub – 1:2.

 

Rəhimov kimi Elvin İsayev də (60 kq) ikinci görüşdən sonra turnirlə vidalaşmalı olub. Azərbaycan çempionu Macarıstan nümayəndəsi Andraş Vadasla dueldən məğlub ayrılıb – 0:3.

 

Axşam proqramında rinqə çıxan iki boksçumuz isə qələbə qazanıb. Uzun illər WSB liqasında “Baku Fires” klubunun heyətində çıxış edən, indisə “Gilan” klubunda olan Xaybulla Musalov (75 kq) ilk qarşılaşmada polşalı Arkadiuş Şvedoviç üzərində qələbə qazanıb – 2:0.

 

Azərbaycan çempionu Elnur Əliyev (64 kq) turnirə qələbə ilə start götürüb. Boksçumuz misirli Məhəmməd Əli Əhməddən üstün olub – 2:1.

 

Qeyd edək ki, yarışa fevralın 8-də yekun vurulacaq.