19:23 06-02-2015
news_image
466
TOP OYUNLARI

“Azəryol” zirvədə - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun ilk günündə 1 qarşılaşma baş tutub.

 

Voleybol Mərkəzində keçirilən qarşılaşmada “Azəryol” və “Azərreyl” münasibətlərinə aydınlıq gətirib. Liderliyə yüksəlmək üçün 3 xal qazanmalı olan “Azəryol” bu vəzifənin öhdəsindən asanlıqla gələ bilib – 3:0. “Azərreyl” isə son pillədən qurtulmaq şansını əldən verib.

 

Qeyd edək ki, sabah Voleybol Mərkəzində keçiriləcək “Lokomotiv” – “Telekom” matçı saat 18:00-da başlayacaq.

 

XIII tur

6 fevral

“Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 25:22, 25:20)

Voleybol Mərkəzi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Azəryol

9

7

2

4

2

1

2

0

0

25-10

811-728

22

2.

Rabitə

9

7

2

5

1

1

1

1

0

24-9

782-650

21

3.

Lokomotiv

9

7

2

3

2

2

1

1

0

24-12

862-691

20

4.

Telekom

8

1

7

0

0

1

1

2

4

7-23

598-709

3

5.

Azərreyl

11

1

10

0

0

1

1

1

8

6-32

720-905

3