09:27 09-02-2015
news_image

Darmadağınla 3-cü pillədə - FOTOSESSİYA

Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) IV turunun görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın “Baku Fires” klubu Polşanın “Rafako Hussars Poland” komandası ilə qarşılaşıb.

 

İlk 3 turun ikinsində məğlub olan təmsilçimiz bu dəfə rəqibinə heç bir şans verməyib. Elvin Məmişzadə (52 kq) Qrjeqorj Kozlovskiyə, Albert Səlimov (60 kq) David Miçelusa, Pərviz Bağırov (69 kq) Stiven Donnelliyə, Soltan Migitinov (81 kq) Jordan Kulinskiyə, Arslanbek Mahmudov (+91 kq) Mantas Valaviçiusə qalib gəlib.

 

İkinci qələbəsini darmadağınla qazanan komandamız polşalıları qabaqlayaraq, 3-cü pilləyə yüksəlib.