12:25 09-02-2015
news_image

Azərbaycan Avropa çempionatına 6 klubla yollanır

Sabah Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası 3-cü Avropa çempionatı start götürəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam edəcək G1 kateqoriyalı yarışa Azərbaycanın aparıcı klubları da qatılacaqlar.


Belə ki, çempionatda DİN (4), “Qəbələ” (1), “Gilan” (5), “Neftçi” (7), “Fateh” (3) və “Sumqayıt” (10) klublarından ümumilikdə 30 taekvondoçu tatami üzərinə çıxacaq. 


İdmançılarımız Avropa çempionatının ardından – fevralın 12-15-də Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyası tərəfində təşkil ediləcək G1 kateqoriyalı, sayca 2-ci olan “Turkish Open”də güclərini yoxlayacaqlar. Turnirə milli komandanın tərkibində “Neftçi”,  “Gilan” və “Savalan”ın taekvondoçuları qatılacaqlar. Burada isə 26 idmançı ilə təmsil olunacağıq.

 

Qeyd edək ki, komandamız Antalya Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında yollanıb. Yarışlarda ölkəmizi Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Elşən Quliyev, həmçinin Elşad Məmmədov da təmsil edəcək.