09:59 10-02-2015
news_image
1379
TOP OYUNLARI

“Azəryol” “Yamamay”dan öncə “Lokomotiv”lə oynadı

Çempionlar Liqasının I pley-off mərhələsinə hazırlıqlarını davam etdirən “Azəryol” yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Aleksandr Çervyakovun baş məşqçisi olduğu komanda “Lokomotiv”lə üz-üzə gəlib.

 

Təcrübəli çalışdırıcı “dəmiryolçular”la görüşdə bir sıra taktiki gedişləri sınaqdan keçirib. Həmçinin, İtaliyanın “Yamamay” klubu Bakıda olduğundan, “Azəryol” öz oyununu nümayiş etdirməyib və “Lokomotiv” 3:0 (25:22; 25:21; 25:21) hesablı qələbə qazanıb.

 

Ardınca razılaşmaya əsasən, daha bir set oynanılıb və bu dəfə “Azəryol” üstün olub – 25:22.

 

Qeyd edək ki, “Azəryol” – “Yamamay” matçı sabah saat 18:00-da başlayacaq.