09:23 11-02-2015
news_image

Orxan Səfərov dünya çempionumuza çatdı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu saymaq olar.

 

Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk “onluq”da yerlərini qorumaqla yanaşı, mövqelərini də yaxşılaşdırıblar. Təmsilçilərimizdən Orxan Səfərov (60 kq) ən yaxşı göstəriciyə malik olan dünya çempionu Elxan Məmmədova (100 kq) çatıb. Yeni siyahıda hər 2 cüdoçumuz öz çəki dərəcəsində 4-cü yerdədi.

 

“Onluq”da mövqeyini yaxşılaşdıran digər idmançımız Elmar Qasımovla (100 kq) Rüstəm Orucovdu (73 kq). Onların hərəsi 1 pillə irəliləməklə, müvafiq olaraq, 5-ci və 9-cu yerlərə yüksəliblər. İlqar Müşkiyev (60 kq) isə ilk “onluğu” qapayır.

 

Müşkiyev kimi, Məhəmmədəli Mehdiyev (81 kq), Uşanqi Kokauri (+100 kq) və Kifayət Qasımova (57 kq) da mövqelərini toxunulmaz saxlayıblar. Onlar yenə müvafiq olaraq, 52-ci, 38-ci və 25-cidi.

 

Digər təmsilçilərimizə gəlincə, Tərlan Kərimov (66 kq) 37-ci, Şahin Qəhrəmanov (90 kq) 29-cu (hər ikisi +1) yerə qalxıb. Komanda yoldaşlarından fərqli, son yarışlara zədə səbəbindən qatılmayan Nicat Şixəlizadə (66 kq) 12-ci, Tural Səfquliyev (81 kq) 73-cü (hər ikisi -1) pilləyə enib.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.