15:15 11-02-2015
news_image
3007
TOP OYUNLARI

Komandamıza söz atdı - FOTOSESSİYA

“Bakıda uduzacağımızı gözləmirdik. 0:3 hesablı məğlubiyyət isə ağlımıza belə gəlməzdi”. Apasport.az saytının məlumatına görə, bunu Krasnodar “Dinamo”sunun voleybolçusu Tatyana Koşelyova deyib.

 

Rusiya millisinin də şərəfini qoruyan təcrübəli hücumçu CEV kubokunun 1/4 final mərhələsində “Lokomotiv”lə qarşılaşmanı xatırlayıb.

 

Bakıda gözlənilmədən 0:3 hesabı ilə uduzaraq, evdə eynihesabla qalib gəlib, “Qızıl set”i də aktivinə yazan Krasnodar təmsilçisinin üzvü “dəmiryolçular”ı mübarizədən kənarlaşdırmalarını səbəbini açıqlayıb: “Təbii ki, cavab oyunu bizim üçün çox vacib idi. Səhv etməyə haqqımızın olmaması bizi təzyiq altında saxlayırdı. Eyni zamanda, həm məşqçi, həm də qızlar öz aramızda rahat oynamağı və bütün tapşırığı yerinə yetirməyi danışmışdıq. Oyun zamanı əsəblərimiz müəyyən qədər gərgin idi. 3:0 hesabı ilə qalib gəldikdə, hər şey qaydasına düşdü. Lakin “Qızıl set” daha vacib idi və orada biz 10:12 hesabı ilə uduzurduq. Həmin vaxt həyəcan bir az da artmışdı. Amma bəxt bizim tərəfimizdə oldu və qalib gəldik”.

 

Koşelyova hazırda güclü heyətə malik “Lokomotiv”in “bostanına daş ataraq”, Bakı klubu ilə görüşün karyerasında xüsusi yer tutacağını deyib: “Həmişə güclü qələbə qazanır. Yəqin ki, “Lokomotiv”lə qarşılaşma karyeramda məğlubiyyətdən qaçdığımız ən yaddaqalan oyun olacaq. CEV kubokunu qazanmaq iqtidarında olduğumuzu hesab edirəm. Bu üzdən də həmin görüşdə uduzmaq çox üzücü olardı”.