17:06 11-02-2015
news_image

Avropa Oyunlarına hazırlaşan millimiz “Strandja” turnirində

Fevralın 24-28-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri keçiriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 66-cı dəfə təşkil olunacaq yarışda kişilər 10, qadınlar isə 5 çəki dərəcəsi üzrə gücünü sınayacaq.

 

Azərbaycan millisi həm kişilərin, həm də qadınların turnirində çıxış edəcək. Məşqçilər Nəriman Abdullayev, Lazaro Ximenes Martines və Natiq Aslanovun rəhbərliyi altında Hacıbaba Fərziyev (49 kq), Araz İmaməliyev (52 kq), Elvin İsayev (60 kq), Lorenzo Sotomayor (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Vətən Hüseynli (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlı (+91 kq) mübarizə aparacaq.

 

Qadınların turnirində Şamil Məhəmmədbəyov və İvan Yuşenkonun rəhbərliyi altında Yelena Vıstropova, Anna Əlimardanova, Yana Alekseyeva və Anaxanım Ağayeva iştirak edəcək.

 

Turnirdə ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edəcək.

 

Qeyd edək ki, yarış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.