09:24 12-02-2015
news_image
214
TOP OYUNLARI

“Azəryol” uduzsa da, Yovana Brakoçeviç ən dəyərli oyunçu seçildi

Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsi çərçivəsində keçirilən “Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya) oyununun ən yaxşılarının adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ən dəyərli voleybolçusu Yovana Brakoçeviç olub.

 

Bakı klubunun ulduz voleybolçusu 22 dəqiq zərbə ilə bombardirlikdə də italiyalı Valentina Diufla ilk pilləyə şərik olub.

 

Komandamızın digər voleybolçularından Odina Əliyeva 17, Yelena Nikoliç 10, Straşmira Filipova 8, Kseniya Poznyak 7, Oksana Kurt 2 və Ceyran Əliyeva 1 xal toplayıb.

 

Qeyd edək ki, komandalar arasında cavab görüş fevralın 18-nə təsadüf edəcək.