09:45 12-02-2015
news_image
324
TOP OYUNLARI

Hücumçumuz Fransadan qalib qayıdır - FOTO

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova İsveçrənin “Volero” klubunun heyətində növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, hücumçumuzun komandası Çempionlar Liqasının I pley-off mərhələsində Fransa “Kann”ından güclü olub.

 

Belə ki, səfərdə baş tutan qarşılaşmada Sürix təmsilçisi əzmkar qələbəyə sevinib. “Kann” 2 dəfə hesabda önə keçsə də, tay-brekdə məğlubiyyətdən qaça bilməyib – 2:3 (25:21; 9:25; 25:16; 17:25; 5:15).

 

Məmmədova matçda 13 xal toplayıb.

 

Qeyd edək ki, “Volero” “Kann”la cavab oyununa fevralın 19-da çıxacaq.