12:34 12-02-2015
news_image
4549
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan millisində yeni sima: Elis gəldi, Canan yox

Azərbaycan Güləş Federasiyası daha bir idmançının milliləşdirmə prosesini yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı Elis Manolova bundan sonra yığmamızın uğurları üçün çalışacaq.

 

Belə ki, artıq 1 ilə yaxındı ölkəmizdə hazırlıq keçən 19 yaşlı güləşçi komandamızda debüt etməyə hazırlaşır. Bolqarıstanlı həmkarlarımızın yazdıqlarına əsasən, dünya birinciliyində 5-ci olan Manolovanın Azərbaycan vətəndaşlığını qəbul etməsində qadınlardan ibarət yığmamızın baş məşqçisi Semyon Şterevin də rolu danılmazdı.

 

Bolqarıstanlı mütəxəssis, həmçinin Elisin şəxsi çalışdırıcısı və vətənində yığmanın sabiq məşqçilərindən olan atası Filip Manolovu da ölkəmizə gətirir. Onun əsas komandamızda Şterevin köməkçilərində olacağı istisna edilmir.  

 

Amma maraqlıdı ki, Manolovlar ailəsinin ən titullu idmançısı – Canan isə Azərbaycan bayrağı altında çıxış etməyəcək. Dünya və Avropa çempionatının mükafatçısı Bolqarıstan millisində çıxışını davam etdirməyə qərar verib.