14:23 12-02-2015
news_image
369
TOP OYUNLARI

Millimizin oyunçusu Cənubi Koreya klubuna qələbə qazandırdı - FOTO

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova “Hyundai”nin heyətində Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçumuzun komandası “Huenqkuk” qonağı olub.

 

Seul təmsilçisi bu gün baş tutan qarşılaşmada qələbə qazanmaqda çətinlik çəkməyib. “Hyundai” XXIII turda olduğu kimi bu dəfə də “quru hesabla” qalib gəlib - 3:0 (26:24; 25:15; 25:7).

 

Rəhimova komandasına 25 xal qazandırıb. 17 hücumu dəqiq tamamlayan Polina eyslə 7, blokla 1 dəfə fərqlənib.

 

Bu qələbə “Hyundai”nin ikinci pillədə qalması ilə nəticələnib. 23 oyundan 46 xal toplayan komanda özündən 1 görüş çox keçirən EX-dən 3 xal geri qalır.