10:38 13-02-2015
news_image
319
TOP OYUNLARI

“Azəryol”un taleyini yaşadı

Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsində məğlubiyyət daha bir komandada baş məşqçi dəyişikliyi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İtaliya çempionu “Pyaçentsa” da “Azəryol”un atdığı addımı təkrarlayıb.

 

Belə ki, A seriyasının qalibi evdə Moskva “Dinamo”suna 0:3 hesabı ilə uduzduqdan sonra Alessandro Çiappini ilə yollarını ayırıb. Məhz “Azəryol”da çalışan (2012/2013 mövsümündə) mütəxəssisi komandanın ikinci məşqçisi Stefano Saja ilə əvəzləyib.

 

Qeyd edək ki, bir gün öncə “Azəryol” da Aleksandr Çervyakovla vidalaşıb, komandanı “sükanı”nı onun köməkçisi Jeremi Estesə həvalə edib. Bakı təmsilçisi, həmçinin evdə 1:3 hesabı ilə uduzduğu “Yamamay” (İtaliya) səddini keçərsə, “Dinamo” – “Pyaçentsa” cütünün qalibi ilə qarşılaşacaq.