12:01 13-02-2015
news_image
2960
TOP OYUNLARI

Debütantların liderlik savaşı və ya iki əcnəbi ciddi sınaq qarşısında

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bir gündə təşkil olunacaq tur 2 yeni baş məşqçinin debütü ilə əlamətdar olacaq.

 

Belə ki, Çempionlar Liqasının pley-off mərhələsində İtaliya “Yamamay”ına 1:3 hesablı məğlubiyyətin ardınca komandadan göndərilən Aleksandr Çervyakovun yerinə təyin olunan Jeremi Estes “Azəryol”la “siftə” edəcək. Mövsümün startından klubda ikinci çalışdırıcı olan amerikalı baş məşqçi əvəzi olaraq, Super Liqanın gümüş medalçısını “Telekom”la oyuna çıxaracaq. Bu qarşılaşmanı Estes və ya “Azəryol” üçün ciddi sınaq hesab etmək olmaz. Çünki ilk 2 dövrədə rəqibinə xal verməyən komandanın bu dəfə də uduzacağı inandırıcı görünmür.

 

Əksinə, çempionatın potensial liderinin turnir cədvəlində ilk pilləyə yüksəlməsi də gözlənilir. Düzdü, “Telekom”un da ciddi müqavimət göstərəcəyi və ən azı xal almağa çalışacağı istisna deyil. Lakin əsasını perspektivli gənclər təşkil edən komanda təcrübəli “Azəryol” qarşısında büdrəyə də bilər.

 

“Telekom” xal qazanarsa, “Rabitə”nin ilk pilləyə qalxmaq ehtimalı  yüksəkdi. Çünki son illərin dəyişməz ölkə çempionu “Lokomotiv”lə qarşılaşmaya yeni baş məşqçi – Zoran Qayiçin rəhbərliyi altında çıxacaq. Artıq komandada özünəinam hissinin geri qaytarılması “Rabitə”nin ikinci dövrədə olduğu kimi asan qələbə qazanmaq şansını artırır. Həmçinin, Qayiç də çempionatımıza ikinci dönüşünü 3 xalla qeyd etmək arzusundadı.

 

Super Liqasının sürpriz komandası “Lokomotiv” isə ən azı I dövrədəki uğurunu təkrarlamağı hədəfləyib. Çünki əks halda “dəmiryolçular” çempionluq yolunda ağır zərbə almış olacaqlar. Qələbə isə onların liderliyini davam etdirməsi ilə nəticələnə bilər.

 

14 fevral

XIV tur

16:00. “Azəryol” – “Telekom”

Voleybol Mərkəzi

I dövrə: “Azəryol” – “Telekom” - 3:0 (25:22; 25:16; 25:17)

II dövrə: “Telekom” – “Azəryol” - 1:3 (19:25, 25:20, 21:25; 17:25)

 

18:00. “Lokomotiv” – “Rabitə”

Voleybol Mərkəzi

I dövrə: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)

II dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (19:25; 25:18; 25:19; 25:20)

 

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Lokomotiv

10

8

2

4

2

2

1

1

0

27-12

948-751

23

2.

Azəryol

9

7

2

4

2

1

2

0

0

25-10

811-728

22

3.

Rabitə

9

7

2

5

1

1

1

1

0

24-9

782-650

21

4.

Telekom

9

1

8

0

0

1

1

2

5

7-26

658-795

3

5.

Azərreyl

11

1

10

0

0

1

1

1

8

6-32

720-905

3