13:39 13-02-2015
news_image
518
STOLÜSTÜ OYUNLAR

Avropa çempionatına yollanacaq “beşlik” bilindi

Fevralın 24-də İsraildə şahmatçıların şəxsi Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, martın 9-dək davam edəcək yarışa azərbaycanlı zəka sahibləri də qatılacaqlar.

 

33 ölkədən 252 zəka sahibinin mübarizə aparacağı çempionatda ölkəmiz 5 şahmatçı ilə təmsil olunacaq. Həmyerlilərimizdən Rauf Məmmədov (2650), Qədir Hüseynov (2614), Namiq Quliyev (2536), Nicat Abasov (2523) və Vüqar Rəsulov (2508) mükafatlar uğrunda yarışacaq.

 

Qeyd edək ki, qalib 11 turun yekununa əsasən müəyyənləşəcək.