16:40 13-02-2015
news_image

Kempbell Azərbaycan klubuna rəqib oldu

Fevralın 15-də Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində Ümumdünya Boks Seriyasının (WSB) V turunun görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Baku Fires” klubu ABŞ-ın “USA Knockouts” komandasının qonağı olacaq.

 

Mayamidə təmsilçimizin heyətində daha bir boksçu debüt edəcək. Bu, Azərbaycan kubokunun sahibi Tural Əhmədovdu. Onu rəqibi cari mövsümdə iki qələbə qazanan Martines olacaq.

 

Amerika komandasının 91 kq çəki dərəcəsindəki boksçusu Coşua Templ də güclü boksçu sayılır. Bu mövsüm aktivində iki qələbəsi olan Templ 2010-cu ildə Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında da iştirak edib.

 

Komandaların heyətləri:

 

USA “Knockouts” – “Baku Fires”

49 kq. Niko Hernandes – Məhəmməd İbiyev

56 kq. Fransisko Martines – Tural Əhmədov

64 kq. Tirek İrbi - Heybətulla Hacəliyev

75 kq. Entoni Kempbell – Nikolay Veselov

91 kq. Coşua Templ - Abdulqadir Abdullayev

 

Qeyd edək ki, ABŞ klubu 4 turdan sonra 3 qələbə qazanıb. Amerikalılar yalnız IV turda səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzublar. Komandamızın heyətində Heybətulla Hacəliyev 3-cü qalibiyyətini əldə etməyə çalışacaq.

 

Bu həftə B qrupunda “Rafako Hussars Poland” “İtalia Thunder”i, “Astana Arlans” “Puerto Rico Hurricanes”i, “Caciques Venezuela” isə “Argentina Condors”u qəbul edəcək.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 12 xal (döyüşlərin nəticələri 16-4)

2. USA “Knockouts” – 9 (10-10)

3. “Baku Fires” – 8 (13-7)

4. “Puerto Riko Hurricanes” – 8 (12-8)

5. “İtalia Thunder” – 6 (8-10)

6. “Rafako Hussars Poland” – 5 (8-12)

7. “Venezuela Caciquez” – 4 (6-14)

8. “Argentina Condors” – 1 (5-13)

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.