19:38 14-02-2015
news_image
5633
TOP OYUNLARI

“Azəryol” ilk pilləyə yüksəldi, “Rabitə” qələbə qazandı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in istirahət etdiyi tur bir gündə baş tutub.

 

Belə ki, “Azəryol” autsayder “Telekom”u sınağa çəkib. Çempionlar Liqasının pley-off mərhələsində İtaliya “Yamamay”ına 1:3 hesablı məğlubiyyətin ardınca komandadan göndərilən Aleksandr Çervyakovun yerinə təyin olunan Jeremi Estes ilk sınaq qarşısına çıxıb. İlk 2 dövrədə rəqibinə xal verməyən “Azəryol” bu dəfə də qalib gəlib, zirvəyə yüksəlib.

 

Jeremi Estesin komandası birinci hissədə rəqibinin müqaviməti ilə üzləşməsinə baxmayaraq, fasiləyə üstün yollanıb - 25:23. İkinci setdə asan qələbə qazanan “yolçəkənlər” 3-cü hissəni uduzub. Lakin “Azəryol” 4-cü seti də xeyrinə başa vurmağı bacarıb.

 

Digər görüşdə “Lokomotiv” “Rabitə” ilə üz-üzə gəlib. Son illərin dəyişməz ölkə çempionu ilə yeni baş məşqçi Zoran Qayiç “siftə” edib. Hər 3 setdə “dəmiryolçular”dan güclü olan “Rabitə” 2-ci sıranı ələ keçirib.

 

 

14 fevral

XIV tur

“Azəryol” – “Telekom” - 3:1 (25:23, 25:13, 22:25, 25:19)

Voleybol Mərkəzi

I dövrə: “Azəryol” – “Telekom” - 3:0 (25:22; 25:16; 25:17)

II dövrə: “Telekom” – “Azəryol” - 1:3 (19:25, 25:20, 21:25; 17:25)

 

“Lokomotiv” – “Rabitə” - 0:3 (25:27; 16:25; 17:25)

Voleybol Mərkəzi

I dövrə: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)

II dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (19:25; 25:18; 25:19; 25:20)

 

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Azəryol

10

8

2

4

3

1

2

0

0

28-11

908-808

25

2.

Rabitə

10

8

2

6

1

1

1

1

0

27-9

859-708

24

3.

Lokomotiv

11

8

3

4

2

2

1

1

1

27-15

1005-828

23

4.

Telekom

10

1

9

0

0

1

1

3

5

8-29

738-892

3

5.

Azərreyl

11

1

10

0

0

1

1

1

8

6-32

720-905

3