11:06 16-02-2015
news_image

Avropa çempionatı Qlazqodan alınıb, “Bakı-2015”ə verilir

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunları daha bir idman növündə qitə çempionatı statusunu daşıya bilər. Apasport.az saytının məlumatına görə, güləş idman növünün ardından cüdoçuların Avropa çempionatının da ölkəmizdəki mötəbər yarışa təsadüf etməsi mümkündü.

 

Məsələ onadadı ki, Avropa Cüdo İttifaqı (EJU) bu il keçirilməli olan Avropa çempionatının təşkil etmək hüququnu Qlazqo şəhərindən alıb. Buna səbəb qurumun Böyük Britaniya Cüdo Assosiasiyasının (BBCA) apardığı siyasətdən narazı olmasıdı.

 

Belə ki, britaniyalılar MMA döyüşləri keçirməklə bağlı bir sıra müqavilələr imzalayıb. Hərçənd, bu döyüşlər bir çox ölkələrdə, o cümlədən Fransada qadağandı. Bunlar azmış kimi, BBCA EJU-ya lisenziya vəsaitini vaxtında ödəməyib.

 

Aprelin 9-12-də Qlazqoda keçirilməli olan yarışın qısa müddətdə hansısa şəhərə verilməsi inandırıcı görünmədiyindən çempionatın Avropa Oyunları çərçivəsində baş tutması daha real hesab olunur. EJU isə yarışı Qlazqodan alınmasından başqa heç nəyi açıqlamayıb.