09:27 17-02-2015
news_image
438
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov uduzdu, Rəcəbov heç-heçə etdi

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə Qran-pri turnirində II turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın III mərhələsinə uğurlu start verən azərbaycanlı qrossmeysterlər bu qələbə qazana bilməyiblər.

 

Belə ki, ilk turda qara fiqurlarla Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Şəhriyar Məmmədyarov bu dəfə Rüstəm Qasımcanovla bacarmayıb və mat olub.

 

Yığmamızın digər lideri Teymur Rəcəbov isə “sülhsevər”liyini davam etdirib. I turda Leynier Dominqueslə (Kuba) xalları yarı bölən həmyerlimiz ikinci oyun günündə ev sahibi kimi yarışa qatılan Baadur Jobava ilə heç-heçə edib.

 

II tur

Aleksandr Qrişuk (Rusiya) - Dmitri Andreykin (Rusiya) – 0,5:0,5

Dmitri Yakovenko (Rusiya) - Yevgeni Tomaşevski (Rusiya) – 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rüstəm Qasımcanov (Qazaxıstan) – 0:1

Aniş Giri (Hollandiya) - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Baadur Jobava – (Gürcüstan) – 0,5:0,5

Leynier Dominques (Kuba) - Pyotr Svidler (Rusiya) – 0,5:0,5

 

Turnir cədvəli: Tomaşevski, Giri, Qrişuk – hamısı 1,5 xal, Məmmədyarov, Rəcəbov, Yakovenko, Qasımcanov, Andreykin, Dominques – 1, Jobava, Vaşye-Laqrav, Svidler – 0,5.

 

Qeyd edək ki, bu gün keçiriləcək III turda Rəcəbov Svidlerlə, Məmmədyarov Andreykinlə üz-üzə gələcək.