12:44 17-02-2015
news_image
543
DİGƏR NÖVLƏR

Ceksonun kompozisiyası altında qazanılan çempionluq - FOTO

Macarıstanda bədii gimnastika üzrə keçirilən “Gracia Cup” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan gimnastları ilin ilk yarışında 8 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

 

Belə ki, Ayşən Bayramovanın hesabında 2 qızıl medal (top və lent), həmçinin Gülsüm Şəfizadənin hesabında 2 qızıl medal (halqa və gürzlər) olmaqla, çoxnövçülükdə onlar müvafiq olaraq gümüş və bürünc mükafatlara sahib olublar. 

 

Böyüklərdən ibarət qrup hərəkətləri komandasının ikinci heyəti hər iki finalda və çoxnövçülükdə 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Maykl Ceksonun hərarətli kompozisiyası altında 5 topla çıxış edən yeniyetmələrdən ibarət komandamız isə zala toplaşanları valeh edib. Onlar finalda çıxışlarına görə də öz hesablarına qızıl medal yazdırıblar.

 

Qeyd edək ki, qarşıda gimnastlarımızı Moskvada keçiriləcək “Qran-pri”, o cümlədən Estoniyada təşkil olunacaq “Miss Valentine” adlı yarış gözləyir.