14:48 17-02-2015
news_image
257
TOP OYUNLARI

Hücumçumuz 39 xal topladı, komandası məğlub oldu

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova “Hyundai”nin heyətində Cənubi Koreya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası XXVI tur çərçivəsində “İBK Altos” qonağı olub.

 

Seul təmsilçisi bu gün baş tutan qarşılaşmada məğlubiyyətdən qaça bilməyib. “Hyundai” EX-in ardınca “İBK Altos”a da uduzub - 2:3 (26:24; 21:25; 13:25; 25:11; 10:15).

 

25 yaşlı hücumçumuz komandasına 39 xal qazandırıb. 31 dəfə hücumda dəqiq oynayan voleybolçu 7 dəfə blokda keçilməz, 1 dəfə servisdə qarşısıalınmaz olub.

 

“Hyundai” tay-brekdə uduzaraq, aktivinə 1 xal əlavə etsə də, mövqeyi dəyişməz qalıb. 25 oyundan 47 xal yığan seullular lider EX-dən 5 xal geri qalırlar. İlk “üçlüyü” qapayan “İBK Altos” isə 41 xala malikdi.