10:35 18-02-2015
news_image
341
TOP OYUNLARI

Bakılılarla görüşdən öncə stress atdılar - FOTO

“Bizi “Azəryol”la gərgin oyun gözləyir. Səfərdə qələbə qazansaq da, cavab görüşünə arxayın çıxmamalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya “Yamamay” klubunun voleybolçusu Françeska Markon deyib.

 

Çempionlar Liqasının I pley-off mərhələsində Bakının “Azəryol” klubunun rəqibi təmsilçimizlə oyun öncəsi stress atıblar. Markon komanda yoldaşları Valentina Diof, Yoanna Voloj, Helena Havlikova və Quilia Pisani ilə birgə borta oturaraq, Formula-1 avtomobillərini sürüblər.

 

Markon stress atdıqdan sonra bu gün üz-üzə gələcəkləri “Azəryol”la matça da toxunub. O bildirib ki, əsas məqsədləri mərhələ adlamaqdı: “İlk qarşılaşmada 3:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, yenə qələbə qazanmaq arzusundayıq. Lakin rəqibə də hörmətlə yanaşırıq. Onların heyətində ulduz voleybolçular yer alıb və ciddi müqavimət göstərəcəkləri sözsüzdü”.

 

Qeyd edək ki, “Yamamay” – “Azəryol” görüşü bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.