18:19 18-02-2015
news_image

Boksçumuz zədələndiyi üçün döyüşə çıxmayacaq

Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev zədə səbəbindən fevralın 19-da Parisdə keçiriləcək AİBA Pro Boxing turnirində iştirak edə bilməyəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, həmyerlimiz bu dəfə Keniya idmançısı Benson Njangiru ilə qarşılaşmalı olsa da, zədə buna imkan verməyib.

 

Belə ki, Çələbiyev AİBA Pro Boxing (APB) turnirinin keçən mərhələsində Yoni Blanko Paçeko ilə görüşdə əlindən zədə alıb. Boksçumuzun əl sümüyündə çat yarandığından həkimlər onun rinqə çıxmasına icazə verməyiblər.

 

Qeyd edək ki, Çələbiyev ötən ay Paçeko üzərində inamlı qələbə qazanıb. Bu dəfə APB kəməri uğrundə əsas döyüşdə fransalı Xedafi Djelkxirlə argentinalı Alberto Melian üz-üzə gələcək.