10:53 20-02-2015
news_image

Moskva səhnəsində “Xocalıya Ədalət” - FOTO

Azərbaycanın peşəkar K-1 döyüşçüləri fevralın 26-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək "RUSSIA GRAN PRI OPEN" GPRO 16 adlı peşəkar turnirdə mübarizə aparacaqlar. Apasport.az saytının xəbərinə görə, yarışda idmançılarımız “Xocalıya Ədalət” və Bakı-2015 Olimpiya oyunlarını təbliğ edəcəklər.

 

Bu mötəbər gecədə Azərbaycanın və Yaxın Şərqin K-1 nümayəndəliyinin “Best of the Best” Promotionun rəhbəri Elnur Məmmədovun dəstəyi ilə 3 peşəkar idmançı Tural Bayramov, Alim Nəbiyev və Xəyal Canıyev iştirak edəcək.

 

İdmançılarımız döyüş arenasına “Xocalıya Ədalət” yazılı forma ilə çıxacaqlar. Döyüşlər Rusiyanın “BOETS” kanalı ilə canlı yayımlanacaq.

 

Nəbiyevin rəqibi Kumer Caliev olacaq. Bayramov Rusiyanın ən güclü gənc ulduz idmançısı Artyom Paşporin ilə, Xəyal Canıyev isə “SuperBon” ləqəbli döyüşçü ilə qarşılaşacaq.