17:03 21-02-2015
news_image
4722
TOP OYUNLARI

“Rabitə” zirvədə - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının XII turdan təxirə salınan bir qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Telekom” “Rabitə” ilə qarşılaşıb.

 

Matçın aşkar favoriti olan son illərin dəyişməz ölkə çempionu çətinlik çəkmədən 3 xal qazanıb. Zoran Qayıçin gəlişindən sonra əsas rəqiblərindən “Lokomotiv” üzərində “quru hesablı” qələbə qazanan “Rabitə” “Telekom”a da eyni aqibəti yaşadıb – 3:0.

 

Eldar Yusubovun yetirmələri yalnız son setdə müqavimət göstərməyi bacarıblar. Bu qələbə “Rabitə”ni turnir cədvəlinin zirvəsinə daşıyıb.

 

21 fevral

XII turun təxirə salınan oyunu

“Telekom” – “Rabitə” - 0:3 (12:25, 15:25, 22:25)

“Gənclik” Olimpiya İdman Kompleksi

İlk dövrə: “Telekom” - “Rabitə” - 0:3 (15:25, 24:26, 15:25)

İkinci dövrə: “Rabitə” – “Telekom” - 3:0 (25:20, 25:22, 25:20)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

11

9

2

7

1

1

1

1

0

30-9

934-757

27

2.

Azəryol

10

8

2

4

3

1

2

0

0

28-11

908-808

25

3.

Lokomotiv

11

8

3

4

2

2

1

1

1

27-15

1005-828

23

4.

Telekom

11

1

10

0

0

1

1

3

6

8-32

787-967

3

5.

Azərreyl

11

1

10

0

0

1

1

1

8

6-32

720-905

3