16:44 21-02-2015
news_image
685
TOP OYUNLARI

Yığmamızda yeni legioner - FOTO

Basketbol üzrə Azərbaycan millisinə daha bir əcnəbi basketbolçu cəlb olunur. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində 3x3 növü üzrə yığmaların heyətini formalaşdırmaqda olan federasiya qadın millisini yamaykalı Aneyka Henri ilə gücləndirib.

 

193 sm boya malik mərkəzi amerikalı hazırda İtaliyanın “Reyer Venetsiya” klubunun şərəfini qoruyur. 29 yaşlı basketbolçu bu ay keçdiyi İtaliya təmsilçisinədək Çinin “Qunqdonq Dolfins” komandasının formasını geyib. Aneykanın zəngin karyerasında qadınların Milli Basketbol Assosiasiyasında çıxışlar da var. Dünən ölkəmizə gələn idmançı Bakı-2015-də yığmamızın formasını geyəcək.

 

Qeyd edək ki, yamaykalıyadək ABŞ-dan olan Renara Tiffani Reys də milliyə cəlb edilmişdi.