09:40 23-02-2015
news_image

Bakı klubundan növbəti qələbə - FOTOSESSİYA

Ümumdünya Boks Seriyasının (WSB) VI turunun görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Baku Fires” klubu Quba Olimpiya Kompleksində “Puerto-Riko Hurricanes” komandasını qəbul edib.

 

Təmsilçimiz görüşə məğlubiyyətlə başlayıb. Elvin Məmişzadə ilk 3 raundda yaxşı təsir bağışlasa da, sonradan təşəbbüsü rəqibə verib. Boksçumuzun məğlubiyyəti komanda yoldaşlarına o qədər də təsir göstərməyib. Görüşdə son nöqtəni super ağır çəkili boksçumuz qoyub. İlk raund başlayan kimi rəqibə həmlə edən Arslanbəy Mahmudov onu nokauta salıb. "Baku Fires" 4:1 hesablı qələbə sayəsində xalını 11-ə yüksəldib. 

 

"Baku Fires” – “Puerto-Riko Hurricanes” 4:1

52 kq. Elvin Məmişzadə – Xavyer Çintron Okasio
60 kq. Albert Səlimov – Angel Lopes
69 kq. Pərviz Bağırov – Flaz Niklaus
81 kq. Soltan Migitinov – Cozef Laboy
+91 kq. Arslanbəy Mahmudov – Enrike dos Santos Nasimento

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasında iştirak hüququna yiyələnəcək. 49, 91 və +91 kq çəki dərəcələrində 1, digər çəkilərdə 2 boksçu Olimpiya oyunlarına vəsiqə qazanacaq.