09:48 23-02-2015
news_image
1818
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatına gedənlər müəyyənləşdi

Hövsan Olimpiya Kompleksində boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 177 idmançı qələbə uğrunda mübarizə aparıb.

 

Gərgin keçən döyüşlərdən sonra qaliblər müəyyənləşib. Onlar noyabrda Polşada keçiriləcək gənclər arasında Avropa birinciliyində çıxış edəcəklər.

 

Final görüşlərinin nəticələri:

49 kq: Ruslan Rüstəmov (“Rabitə”) – Samir Hüseynli (“Rabitə”) - 3:0

52 kq: Elşən Qafarlı (“Gilan”) – Süleyman Məhərrəmov (“Baku Fires”) - 3:0

56 kq: İbrahim İmanov (“Neftçi”) – Sərxan Əliyev (Naxçıvan) - 0:3

60 kq: Tayfur Əliyev (Naxçıvan) – Elməddin İsmayılov (”Rabitə”) - 0:3

64 kq: Pərviz Quliyev (“Rabitə”) – Akif Əsədov (“Baku Fires”) - 3:0

69 kq: Hüseyn Tanrıverdili (“Rabitə”) – Elxan Əliyev (“Baku Fires” - 3:0

75 kq: Rasim Çobanlı (“Baku Fires”) – Hacı Dilbazov (“Rabitə”) - 1:2

81 kq: Nurlan Axundov (“Rabitə”) – Əli Qurbanov (“Gilan”) - 1:2

91 kq: Nihat Orucov (“Naxçıvan”) – Şükran Mehdiyev (“Neftçi”)

+91 kq: Kənan Xəlilov (“Baku Fires”) – Məhəmməd Abdullayev (“Rabitə”) - 0:3