10:04 23-02-2015
news_image
454
TOP OYUNLARI

Yığmamızın hücumçusu Türkiyədə bombardir oldu

Qadın voleybolçular arasında Türkiyə Superliqasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Çanakqala Bld” “Əczaçıbaşı”nın qonağı olub.

 

Matç ev sahiblərinin asan qələbəsi ilə başa çatıb – 3:0 (25:16, 25:16, 25:22). “Quru hesablı” məğlubiyyətə baxmayaraq, Ağayeva matçı bombardiri olub. O, 13 xalla hamını qabaqlayıb.

 

Yığmamızın digər voleybolçusu Anita Bredisin formasını geyindiyi “Yeşilyurt” isə “Nilüfer Bld”sini qəbul edib. Matçda təmsilçimiz komandası hesabda öndə olsa da, sonda üstünlüyü əldən verib – 2:3 (14:25, 29:27, 29:27, 14:25, 13:15). Bredis klubuna 7 xal qazandırıb.

 

Beləliklə, XVIII turdan sonra aktivində 18 xalı olan “Çanakqala Bld” yenə 9-cudu. Çempionatda ilk dəfə 2 set qazanan “Yeşilyurt” isə 1 xalla sonuncudu.