14:44 23-02-2015
news_image
3559
TOP OYUNLARI

Azərbaycanda oynayan voleybolçu: Çox ehtiraslıyam

“Azərbaycanda heç fikirləşməzdim ki, bu qədər yaxşı və hər zaman yardımçı olmağa hazır insanlara rast gələcəm. Bu, karyeramı Azərbaycanda davam etdirməyə stimul verir”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Valentina Arriqetti deyib.

 

30 yaşlı italiyalı blokçu Azərbaycan klubunda çıxışı və ölkəmizlə bağlı müsahibə verib. Yığmasının şərəfini qoruyan Arriqetti bildirib ki, karyerasında ilk dəfə legioner həyatı yaşadığı “dəmiryolçular”ın heyətində özünü xoşbəxt hesab edir: “Burada hər şey fərqlidi. Lakin bu mənim xoşuma gəlir. Komandamızın bu cür alovlu fanat dəstəyinin olmasına çox sevinirəm. İnanmıram ki, digər komandaların da belə dəstəyi olsun”.

 

Arriqetti özünü tapdığı mahnının adını da açıqlayıb. Onun sözlərinə görə, Ciananininin ifasında “Gözəl məxluq” həyatını əks etdirir: “Həmişə zarafatla deyirəm ki, bu mahnı mənim haqqımdadı. Onu dinləyin və necə olduğumu biləcəksiniz. Güclü cəhətim odur ki, çox ehtiraslı oyunçuyam. Voleyboldan kənardakı həyatım isə meydançadakı oyunuma təsir etmir. Hər zaman qarşıma yeni məqsədlər qoyuram və öz oyunumu yaxşılaşdırmağa çalışıram”.

 

İtaliyalı ulduz 2 peşənin özü üçün maraqlı olduğunu deyib: “Voleyboldan savayı həyatda mənə yalnız iki şey əsl zövq verir. İdman olmasaydı, ya psixoloq, ya da restoran biznesi ilə məşğul olmaq istəyərdim. Çünki yemək bişirməyi çox sevirəm. Həmçinin çörək də bişirə bilərdim. Bunu etməyə həqiqətən də öyrənmək istərdim”.