15:51 23-02-2015
news_image
316
DİGƏR NÖVLƏR

30 saat hava limanında qalan gimnastlarımızdan 12 medal

Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış yığmamız üçün uğurlu alınıb. Komandamız Tartu şəhərində 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb.

 

Belə ki, 4 çıxışın nəticəsinə görə, həmçinin ayrı-ayrı alətlərdə - halqa, top və gürzlərlə yeniyetmə gimnastımız Jalə Piriyeva 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Böyüklər arasında çıxış edən Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə edib. O, həmçinin ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş, lent və topla ilə hərəkətlərdə 2 bürünc medal əlavə edib.

 

Böyüklərdən ibarət qrup hərəkətləri komandamız da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş mükafata yiyələnib.

 

Bu səfər gimnastlarımızın hava şəraiti əlaqədar olaraq, İstanbul hava limanında 30 saat qalmaqları ilə yadda qalıb.

 

Digər 2 gimnastımız Gülsüm Şəfizadə və Ayşən Bayramova isə Moskva hava limanına uğurla eniblər. Rusiyada Qran-pri yarışlarında çıxış edən Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşıb. Həmçinin top və lent ilə finallara çıxmağa müvəffəq olub. Onunla paralel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova da 7-ci pilləni tutub.