09:47 24-02-2015
news_image
457
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Məmmədyarovla da heç-heçə edib, 3-cü pillədə qaldı

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən şahmat üzrə Qran-pri turnirində növbəti turun görüşləri baş tutub. Apasport.az saytının məlumatına görə, III mərhələnin VIII oyun günündə Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov bir-birini sınağa çəkiblər.

 

Görüş heç-heçə ilə başa çatıb. Əldə olunan 0,5 xal Rəcəbovun 3-cü pillədə qalmasına səbəb olub. Tomaşevski isə liderliyini davam etdirir.

 

Qeyd edək ki, yarışda bu gün istirahət günüdü. IX turda Rəcəbov Dmitri Andreykinlə, Məmmədyarov Aniş Giri ilə üz-üzə gələcək.

 

 

VIII tur

Maksim Vaşye-Laqrav (Fransa) – Yevgeni Tomaşevski (Rusiya) – 0:1

Leynier Dominques (Kuba) - Dmitri Yakovenko (Rusiya) – 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Rüstəm Qasımcanov (Qazaxıstan) – Dmitri Andreykin (Rusiya) – 0,5:0,5

Aniş Giri (Hollandiya) - Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5

Pyotr Svidler (Rusiya) – Baadur Jobava (Gürcüstan) – 0:1

 

Turnir cədvəli: Tomaşevski – 6, Yakovenko – 5, Rəcəbov, Qasımcanov – 4,5, Məmmədyarov, Giri, Dominques, Jobava – 4, Qrişuk – 3,5, Vaşye-Laqrav, Svidler – 3, Andreykin – 2,5.