10:52 27-02-2015
news_image
398
TOP OYUNLARI

Bakı klubu müqaviləni pozdu, İtaliyada oynayacaq - FOTO

“Rabitə” ilə yolları ayrılan Françeska Ferrettinin yeni iş yeri məlum olub. Apasport.az saytının məlumatına görə, italiyalı toppaylayıcı karyerasını vətənində davam etdirəcək.

 

Ferretti A seriyasında mübarizə aparan “Modena” ilə danışıqları başa çatdırıb. O, hələlik mövsümün sonuna kimi müqavilə bağlayıb.

 

Qeyd edək ki, 2014/2015 mövsümünün startında Bakı klubuna transfer olunan voleybolçu ilə 1 illik qüvvədə olan müqavilə az öncə qarşılıqlı şəkildə pozulub.