14:21 27-02-2015
news_image
325
TOP OYUNLARI

3 boksçumuz yarımfinalda

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” turniri davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarımfinala vəsiqə qazanan idmançıların adları məlum olub.

 

Onların arasında kişilərdən ibarət seçmə komandamızın 2 üzvü də var. Bundan başqa, bir qadın boksçumuz da yarımfinalda mübarizə aparacaq. Bu dəfə 64 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı Yelena Vıstropova 1/4 finalda qazaxıstanlı Zarina Soloyeva üzərində qələbə qazanıb – 2:0. Millimizin üzvü yarımfinalda ispaniyalı Miriyam Qutyerrezlə üz-üzə gələcək.

 

Anna Əlimərdanova (54 kq) 1/4 finalda amerikalı Kristina Kruza uduzaraq, mübarizədən kənarda qalıb.

 

Leyla Cavadova da (75 kq) yarışla 1/4 finalda vidalaşıb. Həmyerlimiz çinli Li Qiana məğlub olub – 0:3.

 

Kişilərin yarışında isə 2 boksçumuz – Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor (64 kq) turnirin medallarını özlərinə təmin ediblər. Sotomayor 1/4 finalda Braziliya təmsilçisi Joedison de Xesus üzərində qələbə qazanıb – 3:0. Boksçumuz növbəti mərhələdə Bolqarıstan idmançısı Ayrin İsmetovla üz-üzə gələcək.

 

Elvin İsayev isə (60 kq) 1/4 finalda Tayland boksçusu Saylom Ardeeni mübarizədən kənarlaşdırıb – 3:0. İsayev də yarımfinalda Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq. Onu finala gedən yolda Elian Dimitrov gözləyir.