10:09 28-02-2015
news_image

Avropa çempionumuzdan növbəti medal - FOTO

Misirdə “Luxor Open” beynəlxalq turnirinin ilk gününün qalibləri müəyyənləşib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Lüksor şəhərində keçirilən G-2 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurla başlayıb.

 

Belə ki, yığmamızın liderlərindən Radik İsayev turnirin gümüş medalına yiyələnib. 87 kq çəki dərəcəsində gücünü sınayan Avropa çempionu finalda rusiyalı Vladislav Larinə uduzaraq, ikinci yerlə kifayətlənib.

 

Taekvondoçularımızdan Mikayıl Əliyevlə (58 kq) Natiq Abdullayev (54 kq) ilk, Maqomedyassin İbrahimov (58 kq) isə ikinci döyüşündə məğlub olub.

 

Qeyd edək ki, martın 1-də başa çatacaq “Luxor Open”də daha 7 idmançımız nəyə qadir olduğunu nümayiş etdirəcək.