12:02 28-02-2015
news_image
719
TOP OYUNLARI

Azərbaycan çempionatının bu gün keçirilməli olan turu təxirə düşdü

Kişi basketbolçular arasında Azərbaycan çempionatının XIV turu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilməli olan qarşılaşmalar martın 7-nə təyin edilib.

 

Turun təxirə salınmasına böyüklərdən və gənclərdən ibarət milli komandalarımızın Gürcüstanda təlim-məşq toplanışı keçməsi səbəb olub.

 

Qeyd edək ki, martın 7-də “Qala” “Dərviş”i (saat 12:00), “Araz-Naxçıvan” “NTD”ni (13:30), “Bakı” AzTOP-u (15:00) və BDU “Baku Oilers”i (16:30) sınağa çəkəcək.