16:54 28-02-2015
news_image

Yığmamız Praqada biabır oldu

Praqada keçirilən qadın cüdoçular arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, yarışa 7 idmançı ilə qatılan yığmamız vətənə əliboş qayıdacaq.

 

Həmyerlilərimizdən Ayşə Qurbanlı (48 kq), Səkinə Zayirova (52 kq), Nuriyyə Axundova (63 kq), Validə Mirzəzadə (70 kq), Nərgiz İbrahimova (70 kq) birinci, Leyla Qurbanova (48 kq) və Xanım Hüseynova (63 kq) ikinci görüşündəcə məğlubiyyət acısı yaşayıb. Nəticədə komandamız Praqadan uğursuzluqla ayrılacaq.