19:45 02-03-2015
news_image
538
TOP OYUNLARI

"Lokomotiv" ikinci pilləyə yüksəldi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun təxirə salınan oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan III dövrənin son qarşılaşmasında “Azəryol” “Lokomotiv”i qəbul edib.

 

Gərgin keçən matç “dəmiryolçular”ın qələbəsi ilə başa çatıb. Düzdü, ilk seti “Azəryol” çətinlik çəkmədən qazanıb. Lakin onlar bunun ardını gətirə bilməyiblər. “Lokomotiv” növbəti 3 hissədə daha üstün oyun nümayiş etdirərək, 3:1 hesabı ilə qalib gəlib.

 

Bu qələbə “Lokomotiv”in 2-ci pilləyə yüksəlməsi ilə nəticələnib. “Dəmiryolçular” lider “Rabitə”dən 4 xal geri qalırlar. İlk “üçlüyü” qapayan “Azəryol” isə 25 xala malikdi.

 

2 mart

XI turdan təxirə salınan oyun

“Azəryol” – “Lokomotiv” - 1:3 (25:14, 14:25, 19:25, 22:25)

Voleybol Mərkəzi

 

İlk dövrə: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)

İkinci dövrə: “Lokomotiv” – “Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

12

10

2

7

2

1

1

1

0

33-10

1026-842

30

2.

Lokomotiv

12

9

3

4

3

2

1

1

1

30-16

1094-908

26

3.

Azəryol

12

8

4

4

3

1

2

2

0

30-17

1073-989

25

4.

Azərreyl

12

2

10

0

1

1

1

1

8

9-33

817-998

6

5.

Telekom

12

1

11

0

0

1

1

4

6

9-35

880-1064

3